Vüqar Nadirov "Qarabağ" klubunun ən yaxşısı seçildi

Vüqar Nadirov "Qarabağ" klubunun ən yaxşısı seçildi

"Qarabağ" futbol klubu ilin ən yaxşılarını seçib. Siasport.az saytının məlumatına görə, ənənəvi olaraq sorğuya klubun idarə, texniki və inzibati heyəti qatılıb. Səsvermə bir qədər standartlardan fərqlənib. 2012-ci ildə meydana çıxan 25 futbolçunun seçilmə imkanı olub (2012-ci ilin ilk yarısında "Qarabağ"da oynayanlar səsverməyə daxil edilməyib). Müəyyənləşmiş 25 futbolçu 25 ballıq şkalayla qiymətləndirilirib. Yəni, 25-ə qədər xal 25 futbolçu arasında paylaşdırılmalı olub. Klubun direktoru Emrah Çelikel və baş məşqçi Qurban Qurbanovun da qatıldığı sorğu olduqca maraqlı alınıb. İlk pillənin sahibi gərgin mübarizə nəticəsində qələbə qazanıb.

Ötən ilin qalibi Admir Teli və ilin 2-ci yarısında sürət yığan Vüqar Nadirov arasında gərgin mübarizə sonuncunun minimal hesablı qələbəsi ilə bitib. Ötən il bütün oyunlarda əvəzlənmədən meydanda olan albaniyalı stopper, "Neftçi" və "Xəzər-Lənkəran"la oyunlarda vurduğu gözəl qollarla qələbə gətirən sağ cinah vingerinə məğlub olub.
3-cü sırada isə yayda komandaya transfer olaraq hər kəsin rəğbətini qazanan Riçard Almeyda yer alıb. 4-cü yerdə Ansi Aqolli, 5-ci pillədə isə Qara Qarayev qərarlaşıb.

Bütün qaliblər

2008 - Maksim Medvedev
2009 - Vaqif Cavadov
2010 – Rauf Əliyev
2011 – Admir Teli
2012 – Vüqar Nadirov

Bütün xəbərlər Facebook səhifəmizdə