Rafael Benitez Alvaro Negredonu "Çelsi"yə gətirir?

Rafael Benitez Alvaro Negredonu "Çelsi"yə gətirir?

İngiltərənin "Çelsi" futbol klubunun ispaniyalı baş məşqçisi Rafael Benitez daha bir həmyerlisini "zadəğanlar"ın heyətinə cəlb etməyə hazırlaşır. Siasport.az saytı xəbər verir ki, "Barselona"dan David Vilyanın transferinə nail ola bilməyən R.Benitez, indi də başqa bir ispaniyalı futbolçunu transfer hədəfinə çevirib. Belə ki, "Sevilya"nın əsas qol silahı sayılan Alvaro Negredo "Çelsi"nin transfer siyahısında yer alır. İngilis mətbuatı yazır ki, artıq "Çelsi" menecerləri İspaniya klubu ilə ilkin danışıqlara başlayıblar. Məlumata əsasən, "Sevilya" ingilis klubunun yüksək transfer təklifinə "yox" demək niyyətində deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə