İstanbulun "Fənərbaxça" futbol klubunun keçmiş kapitanı olan braziliyalı Aleks De Souzanın yeni komandası olan "Kortiba" futbol klubu, "sarı lacivərtlilərə" gözəl jest edib. Siasport.az saytı xəbər verir ki, Braziliya klubu öz rəsmi səhifəsində, qarşıda gələn 2013-cü il münasibəti ilə "Fənərbaxça" azarkeşlərinə və rəhbərliyinə ünvanlanan və türkcə yazılmış təbrik məktubu dərc edib. Təbrikdə ən xoş arzular və gələcək əməkdaşlıq barədə istək ifadə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB