FAİREX-də ilin yekunları ilə bağlı yığıncaq keçirilib

FAİREX-də ilin yekunları ilə bağlı yığıncaq keçirilib

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) idarə heyəti 2012-ci ilin yekunları ilə bağlı yığıncaq keçirib. Siasport.az saytının məlumatına görə, tədbirdə FAİREX-in birillik fəaliyyətinə nəzər salınıb. Hesabatda klubların sayının 34-dən 49-a qədər artdığı, keçirilən 24 yürüşdə 600 nəfərə yaxın idmançının iştirak etdiyi bildirilib. Buzadırmanma, qayayadırmanma və idman dırmanması üzrə çempionat və yarışların keçirilməsi, habelə dünya kubokları və çempionatlarında milli komandamızın iştirakı haqqında məlumat verilib.
Sonra federasiyanın 2013-cü il üçün hədəfləri və fəaliyyət planı müzakirə edilib, zəruri tədbirlərin görülməsi barədə müvafiq qərarlar qəbul olunub.
Bunlarla yanaşı, federasiyanın idarə heyətinin tərkibinə yeni üzvlər qəbul edilib və onların vəzifələri müəyyənləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə