Apellyasiya və Ekspert Komitəsi Kemal Alispahiçin cəzasını ləğv etdi

Apellyasiya və Ekspert Komitəsi Kemal Alispahiçin cəzasını ləğv etdi

Bu gün AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin iclası keçirilib. Siasport.az saytının məlumatına görə, iclasda "Simurq" PFK və "Rəvan" FK-nın müraciətlərinə baxılıb. Müraciətlər müzakirə olunduqdan sonra aşağıdakı qərarlar qəbul olunub:

1. AFFA-nın İntizam Komitəsinin "Simurq" PFK-nın qapıçısı David Pietrzkiyeviç barədə qərarı qismən dəyişdirilsin. Qapıçı David Pietrzkiyeviç intizam tədbiri olaraq 2 oyunluq kənarlaşdırılsın, digər 2 oyunluq cəzadan isə 6 aylıq sınaq müddəti tətbiq edilməklə azad olunsun. 6 aylıq sınaq müddəti ərzində David Pietrzkiyeviç analoji hərəkətlərə yol verəcəyi təqdirdə, ona təyin olunmuş intizam tədbiri hazırkı azad olunmuş cəzaya əlavə olunsun.

2. AFFA-nın İntizam Komitəsinin "Rəvan" FK-nın baş məşqçisi Kemal Alispahiç (hakimin idarəçiliyi haqqında qeyri-etik ifadələr işlətməsi) barədə qərarı ləğv olunsun.

Bütün xəbərlər Facebook səhifəmizdə