Bakının qadınlardan ibarət "Lokomotiv" klubu heyətini hollandiyalı voleybolçu Maret Qrotye ilə gücləndirib. Siasport.az saytının məlumatına görə, 24 yaşlı oyunçu yanvarın 1-dən rəsmən "Lokomotiv"in üzvü olacaq. O, İtaliyanın "Ciavena" komandasından transfer olunub. M.Qrotye Hollandiya milli komandasının da şərəfini qoruyur.
Qeyd edək ki, Çempionlar Liqası yarışlarının pley-off mərhələsində "Lokomotiv" komandası "Azərreyl"lə qarşılaşacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB