"Bakı" klubunun bazasında qarşıdan gələn yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş təntənəli şənlik keçirilib. Siasport.az saytının məlumatına görə, tədbirə klubun gənc və yeniyetmə futbolçuları, məşqçilər, klub rəhbərliyinin nümayəndələri qatılıblar.
"Bakı" futbol klubunun təlim-məşq bazasının qapalı meyanında təşkil olunan rəngarəng şənliyə fəxri qonaqlar qismində Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev, gənclər idman nazirinin müavini İsmayıl İsmayılov, AFFA-nın vitse-prezidenti, millət vəkili Rauf Əliyev də qatılıb.
Rəsmi çıxışlardan sonra "Bakı" futbol klubunun təlim-məşq bazasının inşasının ikinci mərhələsinin başa çatması, FİFA U-17 qadınlararası dünya çempionatının təşkilində özünəməxsus rolu, əsas məşq bazası kimi istifadə olunması, klubun "Atletiko Madrid" və "Lans" klubları ilə əməkdaşlığa başlaması ilin əlamətdar hadisələri sırasına əlavə olunub.
Tədbirə video-konfrans vasitəsi ilə qoşulan "Atletiko" Madrid"in idarə heyətinin sədri Migel Angel Xil Marin sürətlə inkişaf edən kluba ən xoş sözləri və arzularını çatdırmaqla bərabər, yeni il təbrikini Azərbaycanca səsləndirdi. "Salam Bakı, Yeni İliniz mübarək", - deyən Marin qarşılıqlı əməkdaşlığın Azərbaycan futbolunun inkişafında xüsusi rol oynayacağına əmin olduğunu bildirib.
Yarışlarda fərqlənən gənc və yeniyetmə futbolçulara hədiyyələrə təqdim olunub. Gənc futbolçular yaradılan şərait üçün klub prezidenti Hafiz Məmmədova təşəkkür edərək, bundan sonra da daha əzmkarlıqla çalışaraq, klubu milli komandalarda ləyaqətlə təmsil edəcəklərinə söz veriblər.
Sirk nömrələrinin nümayişi alqışlarla qarşılanıb. Musiqi ustaları da bu bayrama öz töhvələrini veriblər. Sevda Yəhyayeva, Səlim, Şeron qrupu, Manananın çıxışları böyük coşğuya səbəb olub.
Təxminən, 3 saat davam edən əyləncəli proqramın sonunda yeni il tortu kəsilib. Klubun baş meneceri Zeynal Məmmədov üzərində Bakının rəzmləri olan tortu kəsərək, uşaqların ixtiyarına verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB