Azərbaycan millisi VI Bakı Beynəlxalq futzal turnirinin favoritidir
Azərbaycanda keçiriləcək VI Bakı Beynəlxalq futzal turnirinin favoriti meydan sahibləri olacaq. Siasport.az saytının məlumatına görə, yarışa qonaq qismində qatılacaq 4 yığma millimizdən zəifdir. Bunu onların dünya reytinqindəki yeri göstərir.
Turnirin qonaqlarından yalnız Belarus yığması planetin ən güclü 20 komandası sırasındadır. Siyahıda 18-ci olan milli komanda 1280 xala malikdir. Özbəkistan millisi cəmi 40 xal geridə qalır və dünya reytinqində 24-cü pillədə qərarlaşıb.
Reytinq cədvəlində 48-ci olan Latviya yığmasının hesabında 976 xal var. Gələn il fevralın 12-dən 16-dək Bakıda keçiriləcək yarışın ən zəifi Moldovadır. Hesabında 883 xal olan komanda dünyanın 66-cı kollektividir.
Azərbaycan millisi 1323 xalla 15-cidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB