Futzal turnirinin bağlanış mərasimi olub FOTO

Futzal turnirinin bağlanış mərasimi olub FOTO

Bu gün Azərbaycan Texniki Universitetinin İdman Kompleksində "Bakcell"in sponsorluğu, AFFA və Əlillər Futbol Federasiyasının birgə təşkilatçılığı ilə eştiməqüsurlu əlillər arasında keçirilən futzal turnirinin bağlanış mərasimi olub. Siasport.az saytının məlumatına görə, Beynəlxalq Əlillər Gününə həsr olunmuş turnirin qalibi adını "Birlik" komandası qazanıb. "Şimşək" ikinci, "Zirvə" komandası isə üçüncü yeri tutub.

İslam Əliyev ("Birlik") turnirin ən yaxşı oyunçusu, Həmid Abdullayev ("Birlik") ən yaxşı qapıçısı adına layiq görülüb. "Şimşək" komandasının üzvü Aleksandr Doktorov isə 14 qolla turnirin ən məhsuldar futbolçusu olub.

Bütün xəbərlər Facebook səhifəmizdə