Bu gün AFFA-nın Futbol akademiyasında baş katib Elxan Məmmədov 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının üzvləri ilə görüşüb. Siasport.az saytının məlumatına görə, 2013-cü ilin yanvar ayında Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunacaq Valentin Qranatkinin xatirə turnirində iştirak edəcək yığmamızın üzvlərinə uğurlar arzulayan baş katib müvafiq tövsiyələrini verib. Yığmanın baş məşqçisi Arif Əsədov komandaya yaradılmış şəraitə görə AFFA rəhbərliyinə minnətdarlığını bildirib, turnirdə uğurla çıxış etməyə çalışacaqlarını söyləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB