Ziya Bünyadovun xatirəsinə həsr olunmuş Bakı şəhər turniri keçirilib
20-25 dekabr 2012-ci il tarixdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən AZDBTİA-nın və "Neftçi" İSM-nin atıcılıq tirlərində akademik Ziya Bünyadovun xatirəsinə həsr olunmuş güllə atıcılığı üzrə Bakı şəhər VIII açıq turniri keçirilib. Siasport.az saytının məlumatına görə, turnirdə "Spartak" İC, "Neftçi" İSM və "DİN" İC-ni təmsil edən 31 idmançı (onlardan 17-si qadınlardır) iştirak edib.
Nəticələrə görə PT-3 hərəkəti üzrə 383 xalla Xəyalə Hüseynli ("Spartak" İC), PTÇ-2 hərəkəti üzrə 378 xalla İradə Aşumova ("Neftçi" İSM), KÇTÇ-3 hərəkəti üzrə 580 xalla İradə Aşumova ("Neftçi" İSM), PT-4 hərəkəti üzrə 566 xalla Əli Məcidli ("Spartak" İC), PTÇ-3 hərəkəti üzrə 565 xalla Ruslan Lunyov ("Neftçi" İSM), KÇTÇ-4 hərəkəti üzrə 549 xalla Rəsul Məmmədov ("Neftçi" İSM) I yerlə layiq görülüb.
I, II və III yeri tutmuş idmançılar Baş İdarə tərəfindən medallar, müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB