AGF-nin yubileyinə həsr olunmuş Yeni il şousu keçirilib

AGF-nin yubileyinə həsr olunmuş Yeni il şousu keçirilib

Bakı şəhərinin Olimpiya İdman Kompleksində "Şəhrizadın ən gözəl nağılı" adlı Yeni il şousu olub. Siasport.az saytının məlumatına görə, bayramda Azərbaycanın gimnastika üzrə yığmasının nümayəndələri Lalə Yusifova, Ayişə Mustafayeva, Marina Durunda, qrup komandaları iştirak ediblər. Onlarla birlikdə idman gimnastikası üzrə Azərbaycan yığmasının üzvü Şakir Şıxəliyev və onun komanda yoldaşları, habelə akrobatik gimnastika üzrə yığma komandamızın nümayəndələri də olublar.
Bundan başqa, şouda bədii gimnastika üzrə Azərbaycan yığmasının baş məşqçisi Mariana Vasilyeva, xoreoqraflar və başqaları çıxış ediblər. Baş rolları yığma komandanın xoreqrafı Kamil Quliyev və Fatimə Şəfizadə ifa etmişlər.
Proqram Azərbaycan Gimnastika Federasiyasının 10 illiyinə həsr olub.

Bütün xəbərlər Facebook səhifəmizdə