"İnter"in hazırlıq planı açıqlandı

"İnter"in hazırlıq planı açıqlandı

"İnter" futbol komandasının toplanış planı məlum olub. Siasport.az saytının məlumatına görə, komandanın keçirəcəyi təlim-məşq toplanışı gələn ayın 11-dən fevralın 4-dək davam edəcək. Türkiyədə - Bələkdə yerləşən "Susesi" otelində məskunlaşacaq "İnter" 6 yoxlama qarşılaşması keçirməyi planlaşdırır. Yanvarın 17-də paytaxt təmsilçisi Almaniyanın "Ahlen" komandası ilə görüşəcək. Toplanış çərçivəsində "Amkar"la (Rusiya) da qarşılaşma planlaşdırlır. Bu oyun yanvarın 18-də olacaq. Üçüncü yoldaşlıq matçı 5 gün sonra, yəni yanvarın 22-də baş tutacaq. Bu dəfə də "İnter"in rəqibi Almaniya təmsilçisi olacaq. Komanda "İnqolstadt"la üz-üzə gələcək. Yanvarın 25-də Ukraynanın "Metallurq"(Zaporojye) komandasıyla qarşılaşacaq "İnter" 5 gün sonra, Ukraynanı təmsil edən daha bir komanda - Donetsk "Metallurq"u ilə gücünü sınayacaq.

Toplanış çərçivəsində daha bir matç planlaşdırılır. Fevralın 3-də keçirilməsi nəzərdə tutulan qarşılaşmada "İnter"in kiminlə üz-üzə gələcəyi hələlik məlum deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə