Alman - Azərbaycan Cəmiyyəti idmançıları mükafatlandırdı FOTO

Alman - Azərbaycan Cəmiyyəti idmançıları mükafatlandırdı FOTO

Bu gün Alman - Azərbaycan Cəmiyyəti ilin yekun hesabat tədbirini keçirib. Siasport.az saytının məlumatına görə, tədbirdə çıxış edən cəmiyyətin sədri Çingiz Abdullayev qurumun 1 il ərzində gördüyü işlərdən danışıb.

O bildirib ki, 15 ilə yaxındır Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunan kubok yarışı keçirilir: "Artıq 3 ilə yaxındır ki, burada elm, mədəniyyət və idman sahəsində mükafatlarımız öz sahiblərinə təqdim olunur. Mükafatların verilməsindən əsas məqsədimiz isə Azərbaycan və Almaniya arasındakı əlaqələrin inkişaf etdirilməsidir".

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Rəşad Əliyev isə çıxışında vurğulayıb ki, cəmiyyətlə əlaqələri uzun müddətdir davam edir: "Digər sahələrin insanları ilə yanaşı, idmançılara diqqət ayırmaları yüksək qiymətləndirilməlidir".

Hesabat tədbirinin davamında həmçinin Alman - Azərbaycan Cəmiyyətinin hazırladığı diplom və hədiyyələr öz sahiblərinə təqdim olunub. Tədbir konsert proqramı ilə davam etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə