"Xəzər Lənkəran" Gökhan Güləçlə müqavilə imzaladı

"Xəzər Lənkəran" Gökhan Güləçlə müqavilə imzaladı

"Xəzər Lənkəran" qış transfer pəncərəsinin açılması ərəfəsində ilk transferini reallaşdırıb. Siasport.az saytının məlumatına görə, klub bu gün türkiyəli Gökhan Güləçlə 2 illik müqavilə imzalayıb. "Beşiktaş"ın sabiq futbolçusunun son klubu "Şanlıurfaspor" klubu olub.

Peşəkar futbol karyerasına 2003-cü ildə "İnegölspor"da başlayan 27 yaşlı hücumçu daha sonra "Qaziantepspor" (2004-05, 17 oyun, 4 qol), "Beşiktaş" (2005-07, 35 oyun, 8 qol), "Dənizlispor" (2007-08, 13 oyun, 1 qol), "Bursaspor" (2008-09, 28 oyun, 6 qol), "Kasımpaşa" (2009-2012, 28 oyun, 7 qol) klublarında oynayıb. Türkiyənin 20 yaşlılardan (10 oyun) və 21 yaşlılardan (6 oyun) ibarət yığma komandalarında çıxış edən futbolçu bu qarşılaşmalarda qapılardan 4 qol keçirib. Bundan başqa, o, "Beşiktaş"la 2005 və 2006-cı illərdə Türkiyə kubokunu, 2005-ci ildə isə Türkiyə Superkubokunu qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə