"Simurq"un qapıçısı Eyyub Əliyev dekabrın 24-dən 30-dək Bakıda keçiriləcək 19 yaşadək futbolçular arasında milli komandanın seleksiya xarakterli təlim-məşq toplanışına dəvət alıb. Siasport.az saytının məlumatına görə, gənc əlcək sahibi buna qədər də yığmanın dəyişilməz üzvü olub. Son toplanışda seçilən 20 futbolçu 2013-cü il yanvarın 2-dən 14-dək Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunacaq Valentin Qranatkinin xatirəsinə həsr olunmuş turnirdə U-19-un heyətində ölkəmizi təmsil edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB