Kaxaber Sxadadze: "Sübut etdik ki, liderliyimiz təsadüfi deyil"

Kaxaber Sxadadze: "Sübut etdik ki, liderliyimiz təsadüfi deyil"

"Hamını Yeni İl münasibətilə təbrik edirəm. Hər kəsə uğurlar arzu edirəm. Mənə elə gəlir ki, azarkeşlər 90 dəqiqə baxımlı oyun izlədi". Siasport.az saytının məlumatına görə, bu sözləri Topaz Premyer Liqasının 7-ci turundan təxirə salınmış "İnter" - "Neftçi" (1:1) matçından sonra meydan sahibinin baş məşqçisi Kaxaber Sxadadze deyib. O, qarşılaşmanın ikinci hissəsində komandasından daha çox razı qalıb: "Komandam ikinci hissədə daha yaxşı oyadı. Bizim uşaqların bəzilərində "Neftçi" sindromu var. Rəqibin qapıçısını təbrik edərdim. Çox yaxşı oyun göstərdi. Rəhbərlik bizi baxımsız oyun göstərməkdə günahlandırırdı. Biz sübut etdik ki, liderliyimiz təsadüfi deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə