Bakıda karate üzrə beynəlxalq Prezident Kuboku turniri keçirilib. Siasport.az saytının məlumatına görə, yarış karatenin "İçigeki" növü üzrə təşkil olunub. Turniri Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "EL-1" klubunun prezidenti Elçin Əlişah oğlu təşkil edib. "Nizami" kinotetrında baş tutan beynəlxalq turnirdə Bolqarıstan, Almaniya, Gürcüstan, Rusiya, Türkiyə, İran, Qırğızıstan, Azərbaycan və Naxçıvan Muxtar Respublikasından idmançıları döyüşüblər.
Beynəlxalq turnirin baş hakimi 3-cü dan qara kəmər sahibi Mikayıl Abdullayev olub.
Döyüşləri izləyənlər arasında tanınmış karateçilər, xarici qonaqlar və Dünya İçigeki Federasiyaının prezidenti də yer alıb. Yarış zamanı "EL-1" klubunun prezidenti Elçin Əlişah oğlu Dünya İçigeki Federasiyasının prezidenti tərəfindən diplomla təltif olunub.
Yarımfinala 3 Azərbaycan və 1 Rusiya idmançısı çıxıb. Bu mərhəldə qalib gələnlər isə yenə də Azərbaycan idmançıları olublar. Finalda Nail Quliyev və Mübariz Ağamalıyev qarşlaşıblar. Gərgin keçən döyüşdə Nail Quliyev qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, turnirin informasiya dəstəyi Səs TV olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB