Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) çoxillik ənənəsinə sadiq qalaraq 2012-ci ilin idman laureatlarının adlarını açıqlayıb. Siasport.az saytının məlumatna görə, AİJA Azərbaycan Dövlət Teleqraf Agentliyini (AzərTAc) ilin idmanı ən yaxşı işıqlandıran informasiya agentliyi elan edib.
İlin idman jurnalistləri Esmira Orucova ("Olimpiya dünyası" qəzeti), Elçin Cəfərov ("Azərbaycan" qəzeti), Elman Himayətoğlu (İctimai TV) olub. Çingiz Hüseynzadə və Cəmaləddin Rəhmanovun "Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsi - 20 il" kitabı ilin idman üzrə kitabı seçilib. İlin qəzetləri sırasında isə "İdman", "Futbol+", "Xalq qəzeti", "New Baku Post" və "Exo" fərqləniblər. Laureatlar sırasında "İdman Azərbaycan" telekanalı, "Qol.az" və "Lent.az" internet portalları da var.
Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov ilin idman xadimi adına layiq görülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB