Denis Silva ilə müqavilə bağlayıb ilk transferini reallaşdıran "Neftçi" bir futbolçusu ilə yollarını ayırır. Siasport.az saytı xəbər verir ki, Fanat.az-ın əldə etdiyi məlumata görə, paytaxt klubu Saşa Yunisoğlunu yola salmağa hazırlaşır.
Yayda "Qəbələ"dən transfer olunan müdafiəçi "Neftçi"də heyətə düşə bilmirdi. "Qəbələ"də zədə aldıqdan sonra ehtiyatda qalan futbolçu paytaxt klubunda da mikrozədələrlə mübarizə aparmalı oldu və baş məşqçi Böyükağa Hacıyevin etimadını qazana bilmədi. Bunun nəticəsidi ki, Saşa "Neftçi"də cəmi bir rəsmi oyunda meydana çıxıb ki, bu da kubokun "Tərəqqi" ilə matçına təsadüf edib.
Yunusoğlu "Neftçi" və "Qəbələ"dən əvvəl Azərbaycanın "İnter", "Bakı", "Bakılı", "MKT-Araz", Polşanın isə "Diskobolia" və "Poloniya" (Varşava) klublarında çıxış edib. 2007-ci ildən sonra milliyə çağırılan 26 yaşlı müdafiəçi əsas komandada 27 oyun keçirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB