Qazaxıstanın Karaqanda şəhərində SSRİ-nin Əməkdar İdman Ustası, Əməkdar məşqçi Qalım Jarılqapovun xatirəsinə həsr olunmuş boks üzrə beynəlxalq turnirə yekun vurulub. Siasport.az saytının məlumatına görə, yarışda Qazaxıstan, Tacikistan, Çin, Monqolustan, Rusiya, Özbəkistan, Qırğızıstan və Azərbaycanın 143 boksçusu mübarizə aparıb. Turnirdə ölkəmizi Rəhim Allahverdiyevin rəhbərliyi altında "Qızıl Əlcək" klubunun üzvləri - Araz İmaməliyev (49 kq), Kamran Orucov (56 kq), Şaban Şahpələngov (60 kq), Tapdıq Bayramov (64 kq), Elnur Süleymanov və Niyazbəy Xalayev (hər ikisi 69 kq) təmsil ediblər. Boksçularımız Qazaxıstan turnirindən 1 qızıl və 1 gümüş medalla dönüblər. Şaban Şahpələngov həlledici görüşdə yerli idmançı Abdulla Nurqaliyevi məğlub edərək, 1-ci yerə layiq görülüb. 69 kq çəki dərəcəsində yarışan Elnur Süleymanov isə yalnız finalda Manat Umirzakova uduzaraq, gümüş medala layiq görülüb.
Qeyd edək ki, Şaban Şahpələngov yarışın "ən texnikalı boksçusu" mükafatına da layiq görülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB