Azərbaycan boksunun banisi Abbas Ağalarovun xatirəsinə həsr olunmuş gənclər arasında ənənəvi turnirə yekun vurulub. Siasport.az saytının məlumatına görə, Azərbaycan millisi 5 qızıl, 4 gümüş və 8 bürünc medalla ümumkomanda hesabında 1-ci yeri tutub. Boksçularımızdan Məsud Yusifzadə (52 kq), Valeh Ramazanov (60 kq), Cavid Quliyev (64 kq), Nəbi Bağırov (75 kq) və Sadiq Səmədov (91 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Elnur Şəfizadə (49 kq), Elsevər Əzizov (69 kq), Tayfur Məmmədov (91 kq) və Məhəmmədəli Tahirov (91+kq) yalnız final görüşündə uduzaraq, 2-ci yerə layiq görülüblər. Ümumkomanda hesabında Azərbaycan seçməsindən sonra Qazaxıstan 2-ci, Hindistan isə 3-cü yeri tutub.
Final döyüşlərinin nəticələri
49 kq
Elnur Şəfizadə (Azərbaycan) 1:4 Sultan Abdrahim (Qazaxıstan)
52 kq
Məsud Yusifzadə (Azərbaycan) 3:2 Anbazxaqan Silambarasan (Hindistan)
56 kq
Azizbek Adujabbarov (Özbəkistan) 1:4 Aman İndora (Hindistan)
60 kq
Valeh Ramazanov (Azərbaycan) 4:1 Erbolat Yermekov (Qazaxıstan)
64 kq
Cavid Quliyev (Azərbaycan) 3:2 Amir Saltayev (Qazaxıstan)
69 kq
Elsevər Əzizov (Azərbaycan) 1:4 Maksim Panarin (Qazaxıstan)
75 kq
Nəbi Bağırov (Azərbaycan) 5:0 Gill Kailash (Hindistan)
81 kq
Əli Əhmədov (Qazaxıstan) 4:1 Adlet Orinbasarov (Qazaxıstan)
91 kq
Sadiq Səmədov (Azərbaycan) 5:0 Tayfur Məmmədov (Azərbaycan)
91+kq
Məhəmmədəli Tahirov (Azərbaycan) – Qaybulla Keçkarov (Özbəkistan) tam üstünlüklə Kaçkarov qalib gəlib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB