İdman mütəxəssislərinə fəxri adlar verildi SİYAHI

İdman mütəxəssislərinə fəxri adlar verildi SİYAHI

Gənclər və İdman Nazirliyinin Kollegiyası ölkədə bədən tərbiyəsi və idmanın inkişafındakı, müəssisə və təşkilatlarda kütləvi bədən tərbiyəsi və idman işinin təşkili sahəsindəki xidmətlərini, Respublika miqyaslı yarışları yüksək səviyyədə idarə etdiklərini, məşqçilik sahəsində uzun illər fəaliyyət göstərdiklərini və müvafiq idman növlərində tələb normalarını yerinə yetirdiklərini nəzərə alaraq, bir sıra idmançılara və idman mütəxəssislərinə fəxri adların verilməsi ilə bağlı qərar qəbul edib.

Siasport.az saytının məlumatına görə, qərara əsasən, "Azərbaycan Respublikasının fəxri bədən tərbiyəsi və idman işçisi" fəxri adına Qüdrətulla Qasımov, Vidadi Qurbanov, Oqtay Muxtarov, Mehriban Musayeva, Xubyar Mirzəməmmədli, Balaağa Zamanov, Yelena Mütəllimova, Sahib Ələsgərov, Azər Ələkbərov, Vahid Abdullayev, Nizami Qasımov, Əhliman Qəhrəmanov, Şadil Əliyev, Əvəz Mustafayev və Rövşən Kərimov layiq görülüblər.

"Azərbaycan Respublikasının Əməkdar məşqçisi" fəxri adına layiq görülən mütəxəssislər sırasına İslam Məmmədzadə, Zaur Valeh oğlu Məmmədov, Ədalət Ağayev, Səməd Bağırov, Zaur Zair oğlu Məmmədov, Elçin Süleymanov və Cəfər Hümbətov daxildirlər.

"Respublika dərəcəli hakim" fəxri adı İmanbaxış Şirəli, Eldar Cabbarov və Yusif Babanlıya verilib.

İdmançılardan "Azərbaycan Respublikasının Əməkdar İdman Ustası" fəxri adına Teymur Məmmədov, Rüfət Ağayev, Rail Rəcəbov layiq görülüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə