İtaliyanın "Milan" komandasının kapitanı olan Massimo Ambrosini bir sıra açıqlamalarla çıxış edib. Siasport.az saytı xəbər verir ki, təcrübəli kapitan, "Çelsi"nin keçmiş futbolçusu Didye Droqbanın hazırda "Mançester Siti"də çıxış edən Mario Balotellidən qat-qat üstün futbolçu olduğunu dilə gətirib. "La Qazzetta Dello Sport"a açıqlama verən "Milan"ın kapitanı bildirib ki, D.Droqba çox peşəkar və futbolçu intizamı ilə fərqlənən bir futbolçudur. Lakin "Milan"ın kapitanı bu sözləri M.Balotelli üçün söyləyə bilməyəcəyini açıqlayıb. O bildirib ki, əgər D.Droqba "Milan"a transfer olunarsa, o bundan yalnız məmnun ola bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB