"Milan" Premyer Liqadan futbolçu transfer edəcək

"Milan" Premyer Liqadan futbolçu transfer edəcək

İngiltərənin "Quens Park Reycens" klubunda forma geyən Adel Taarabt "Milan"ın transfer hədəfinə düşüb. Siasport.az saytı xəbər verir ki, İtaliya nəhəngi əla formada olan gənc futbolçu üçün artıq transfer təklifi də irəli sürüb. "La Gazzetta dello Sport"a açıqlama verən 23 yaşlı futbolçu bildirib ki, artıq "Milan" təmsilçiləri ilə meneceri arasında danışqılara da başlanılıb. Onun bildirdiyinə görə meneceri "Milan" prezidenti Adriano Galliani ilə də görüşüb. Gənc futbolçu ümid edir ki, onun "Milan"a transferi, Avropanın digər böyük komandalarında çıxış etməsi üçün əla fürsət olardı.

Bütün xəbərlər Facebook səhifəmizdə