"Malaqa"nın gənc futbolçusu Roberto Mançinin təklifini rədd etdi

"Malaqa"nın gənc futbolçusu Roberto Mançinin təklifini rədd etdi

İspaniyanın "Malaqa" futbol klubunda forma geyən 20 yaşlı İsko, onu komandasında görmək istəyən "Mançester Siti"nin baş məşqçisi Roberto Mançinin təklifini incə şəkildə rədd edib. Siasport.az saytı xəbər verir ki, futbol mütəxəssisi kimi R.Mançiniyə böyük hörmət bəslədiyini deyən 20 yaşlı futbolçu, hazırda heyətində çıxış etdiyi komandasında özünü xoşbəxt hiss etdiyini və heç bir komandaya transfer olmaq istəmədiyini elan edib. İsko, həm La Liqada, həm də UEFA Çempionlar Liqasındakı sərrast oyunu ilə diqqətləri öz üzərinə cəlb edib. Məlumata əsasən, İspaniya klubu gənc futbolçu üçün 21 milyon avro transfer qiyməti müəyyənləşdirib. Xatırladaq ki, bu futbolçunu "Çelsi", "Arsenal", "Tottenhem" və "Yuventus" da heyətində görmək istəyir.

Bütün xəbərlər Facebook səhifəmizdə