"PSJ"-nin 600 milyonluq transfer büdcəsi almanları əsəbləşdirdi

"PSJ"-nin 600 milyonluq transfer büdcəsi almanları əsəbləşdirdi

Fransanın "PSJ" futbol klubunun 2016-cı ilə qədər futbolçu transferi üçün 600 milyon avro vəsait ayıracağı ilə bağlı klub rəhbərlərindən olan Qətər şeyxi Səid Bin Əbdülrəhmənın açıqlaması, futbol ictimaiyyətində ciddi təpki yaradıb. Siasport.az saytı xəbər verir ki, Almaniyanın "Bavariya" və "Borussiya" klublarının prezidentləri, UEFA prezidenti Mişel Platiniyə məktub göndərərək, ondan Fransa klubunun sahibləri tərəfindən ulduz futbolçuaların transferi üçün ayrılan astonomik transfer büdcəsinə nəzarət etməsini və bu barədə ciddi ölçü götürməsini tələb ediblər. "Bavariya" prezidenti Karl Rummenige bildirib ki, bu addım UEFA-nın klubların transfer siyasəti ilə bağlı qəbul etdiyi qərarlara ziddir və futbolu idmandan daha çox biznes şəbəkəsinə çevirir.

Bütün xəbərlər Facebook səhifəmizdə