Klub nümayəndələri ilə görüş keçiriləcək

Klub nümayəndələri ilə görüş keçiriləcək

Dekabrın 25-də, saat 11:00-da, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasinın inzibati binasında baş katib Elxan Məmmədov və Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin Topaz Premyer Liqasında çıxış edən klubların rəhbərliyi ilə görüşü keçiriləcək. Siasport.az saytının məlumatına görə, görüşün məqsədi Topaz Premyer Liqasında mövcud vəziyyətin müzakirəsi, problemlərdən çıxış yolları haqda fikir mübadiləsi aparılmasıdır.

Qeyd edək ki, görüş mətbuat üçün qapalı olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə