"Qarabağ" klubu istirahətə buraxılıb. Siasport.az saytının məlumatına görə, Premyer Liqanın XVIII turunda "Xəzər-Lənkəran"ı məğlub edən komandanın baş məşqçisi Qurban Qurbanov oyunun ertəsi gün futbolçularla görüşüb. O, komandaya qış fasiləsindən yaxşı yararlanmağı və geri döndükdən sonra yaxşı durumda olmağın vacibliyini vurğulayıb. "Qarabağ" klubu növbəti dəfə yeni ildə yığışacaq. Ağdam təmsilçsi 2013-cü il yanvarın 9-u bir araya gələcək və təlim-məşq toplanışı üçün birbaşa Antalyaya yollanacaq. "Qarabağ" fevralın 3-nə qədər davam edəcək toplanış zamanı Bələkdə "C Santai" otelində məskunlaşacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB