UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində İstanbulun "Qalatasaray" futbol klubunun rəqibi olan Almaniyanın "Şalke" futbol klubu, daha bir ulduz futbolçusu ilə müqavilə müddətini uzatmaq qərarına gəlib. Siasport.az saytı xəbər verir ki, alman klubu, hollandiyalı ulduz futbolçu Huntelaarla 2013-cü ildə bitəcək müqaviləni 2015-ci ilədək uzatmaq qərarına gəlib. "Şalke"nin rəsmi saytının məlumatına əsasən, ulduz futbolçu özünü "Şalke"də xoşbəxt hiss etdiyini, yeni mövsümdə Bundesliqada daha əzmkar çıxış edərək, komandasının uğurları üçün var gücü ilə çalışacağını dilə gətirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB