Olimpiya çempionumuz: “Mənim üçün bundan böyük sevinc ola bilməz” AÇIQLAMA
"Ölkə başçımız cənab İlham Əliyevə və Azərbaycan Güləş Federasiyanın prezidenti Fazil Məmmədova minnətdarlığımı bildirirəm". Bu sözləri Siasport.az saytına açıqlamasında Güləş üzrə Olimpiya çempionu Toğrul Əsgərov deyib. Tanınmış pəhləvanımız bildirib ki, 2012-ci il onun üçün yadda qalan olub: "Bu il güləş sahəsində çox böyük addımlar atılıb. 2012-ci ildə böyüklər arasında Avropa çempionatı keçirildi və mən "Böyük Grand" mükafatının müəllifi oldum. Eyni zamanda, 2012-ci ildə keçirilən Yay Olimpiya Oyunlarında birincilik qazandım. Mənim üçün bundan böyük sevinc ola bilməz . Ümid edirəm ki, ötən illərdə əldə edə bilmədiklərimizə növbəti illərdə nail olacağıq".
Olimpiya çempionu qarşıda onu Avropa və dünya çempionatının gözlədiyini vurğulayıb. "Hədəfim dünya çempionu olmaqdı və məqsədimə çatmaq üçün əlimdən gələni edəcəyəm", - deyə güləşçi əlavə edib.
Yeganə Süleymanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB