Dünən başa çatan Topaz Premyer Liqasının XVIII turu Ağdamın "Qarabağ" klubu üçün əlamətdar olub. Siasport.az saytının məlumatına görə, ölkə çempionatının bütün mövsümlərində güclülər dəstəsində çıxış edən komanda "Xəzər Lənkəran"ı 1:0 hesabı ilə məğlub edib. Bununla da "Qarabağ" tarixi qələbə əldə edib.
Belə ki, bu matçadək 574 oyun keçirən komanda 139 dəfə uduzub, 136 dəfə heç-heçə etməklə 299 qələbə qazanmışdı. Lənkəranlılar üzərindəki qələbə isə sayca 300-cü odu. Texniki nəticələri top fərqində nəzərə almasaq, 819 top vuran komanda bu müddətdə 492 top buraxıb. Texniki qələbələrin sayı isə 15-ə bərabərdir.
Qeyd edək ki, "Qarabağ"a qədər yalnız "Neftçi" 300 qələbə səddini arxada qoymağı bacarıb və qələbə sayında Ağdam təmsilçisini qabaqlayır.
Tarixi qələbələr
|
1-ci |
1992 |
06.05.1992 |
Qarabağ (Ağdam) - Şirvan (Kürdəmir) |
6:0 |
|
100-cü |
1996/97 |
27.04.1997 |
Fərid (Bakı) - Qarabağ (Ağdam) |
1:2 |
|
200-cü |
2004/05 |
08.04.2005 |
Qarabağ (Ağdam) - MOİK (Bakı) |
1:0 |
|
300-cü |
2012/13 |
20.12.2012 |
Qarabağ (Ağdam) - Xəzər Lənkəran |
1:0 |
"Qarabağ"ın qələbələri mövsümlər üzrə
|
mövsüm |
qələbə |
evdə |
səfərdə |
neytral |
|
1992 |
24 |
15 |
9 |
|
|
1993 |
11 |
8 |
1 |
2 |
|
1993/94 |
21 |
13 |
8 |
|
|
1994/95 |
13 |
9 |
4 |
|
|
1995/96 |
13 |
8 |
4 |
1 |
|
1996/97 |
23 |
14 |
9 |
|
|
1997/98 |
14 |
9 |
5 |
|
|
1998/99 |
20 |
15 |
5 |
|
|
1999/2000 |
5 |
5 |
0 |
|
|
2000/01 |
5 |
4 |
1 |
|
|
2001/02 |
13 |
8 |
5 |
|
|
2003/04 |
19 |
11 |
8 |
|
|
2004/05 |
22 |
13 |
9 |
|
|
2005/06 |
12 |
7 |
5 |
|
|
2006/07 |
6 |
4 |
2 |
|
|
2007/08 |
11 |
5 |
6 |
|
|
2008/09 |
14 |
6 |
8 |
|
|
2009/10 |
14 |
9 |
5 |
|
|
2010/11 |
17 |
11 |
6 |
|
|
2011/12 |
15 |
9 |
6 |
|
|
2012/13 |
8 |
5 |
3 |
|
|
Cəmi |
300 |
188 |
109 |
3 |
"Qarabağ" qələbələri baş məşqçilər üzrə
|
1 |
Ağasəlim Mircavadov |
71 |
|
2 |
Qurban Qurbanov |
68 |
|
3 |
Şahin Diniyev |
32 |
|
4 |
Nazim Mehrəliyev |
26 |
|
5 |
Elbrus Abbasov |
25 |
|
6 |
İqor Ponomaryov |
22 |
|
7 |
Böyükağa Ağayev |
21 |
|
8 |
Cavanşir Novruzov |
14 |
|
9 |
Rasim Kara |
14 |
|
10 |
Elxan Abdullayev |
4 |
|
11 |
Elşad Əhmədov |
3 |
"Qarabağ"ın qalib gəldiyi hesablar
80 dəfə - 1:0
50 dəfə - 2:1
45 dəfə - 2:0
30 dəfə - 3:0
25 dəfə - 3:1
15 dəfə - +:-
11 dəfə - 3:2
9 dəfə - 4:1 və 4:0
7 dəfə - 5:0
6 dəfə - 4:2
4 dəfə - 5:1
3 dəfə - 6:1
2 dəfə - 6:0, 5:2 və 7:0
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB