Samir Zərgərov: "Dizim onun boyun hissəsinə dəydi"

Samir Zərgərov: "Dizim onun boyun hissəsinə dəydi"

"Mən topu götürüb qapıya tərəf qaçan zaman qapıçı mənim üzərimə gəldi və yıxdı". Siasport.az saytının məlumatına görə, bu sözləri "İnter"in futbolçusu Samir Zərgərov deyib. Futbolçu ikili mübarizədə "Bakı"nın qapıçısı Edin Nuredineskinin zədələndiyi vəziyyəti aydınlaşdırıb: "Həmin epizodda mənim dizim onun boyun hissəsinə dəydi. Şükürlər olsun ki, daha ağır zədə almadı. Mən də zədə ala bilərdim, lakin sərt toqquşmadan qaça bildim. "Bakı"nın qapıçısına Allahdan şəfa diləyirəm və tezliklə meydana dönməsini arzulayıram". //Fcinter-az.com

Bütün xəbərlər Facebook səhifəmizdə