Yaddaşını itirən futbolçunun vəziyyəti sabitləşdi

Yaddaşını itirən futbolçunun vəziyyəti sabitləşdi

Azərbaycan Topaz Premyer Liqasının XVIII turu çərçivəsində "Şəfa" stadionunda keçirilən "İnter" - "Bakı" oyununda ciidi zədə alan Edin Nuredineskinin vəziyyəti sabitləşmək üzrədir. Siasport.az saytının məlumatına görə oyunun 55-ci dəqiqəsində "Bakı"nın qapıçısı Edin Nuredinoski "İnter"in hücumçusu Samir Zərgərovla toqquşaraq başından ciddi zərbə almışdı. Bir müddət hüşünü itirən qapıçı təcili yardım avtomobli ilə xəstəxanaya çatdırılmış və tomoqrafiya müayinəsindən keçirilmişdi.

Klubun həkimi Rafiq Hüseynov qolkiperin vəziyyətinin bir qədər sabitləşdiyini, bununla belə ciddiliyini qoruduğunu bildirir: "Edin Nuredineski hələ də Mərkəzi gömrük klinikasında müalicə alır. Hazırda onun vəziyyəti bir qədər sabirləşsə də, ciddiliyini qoruyur.

24 dekabr tarixində Nuredineskini bir daha müayindən keçirəcəyik. Yalnız bundan sonra onun xəstəxanadan nə zaman evə buraxılmasına aydınlıq gələcək.

Edin ciddi zərbə alıb. Onun boyun nayiyəsinə tikiş qoyulub. Beyninə qan sızacağından narahat idik, xoşbəxtlikdən belə hal qeydə alınmayıb."

Onu da qeyd edək ki, bir qrup "Bakı" azarkeşi və fan-klub üzvləri Edin Nuredineskini xəstəxanada ziyarət etmək üçün Mərkəzi gömrük klinikasına yollanıblar. Ancaq bu görüş həkimlərin israrlı tələbi ilə baş tutmayıb. Müalicə həkimi xəstənin sakitliyə ehtiyacı olduğunu bildirərək azarkeşlərin Nuredineskiyə baş çəkməsinə icazə verməyib.

Xatırladaq ki, qapıçı güclü zərbə aldığına görə yaddaşını itirmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə