"Bildiyiniz kimi, 2012-ci il Azərbaycan Güləş Federasiyası (AGF) üçün çox uğurlu oldu. Bunun əsas səbəbi güləşçilərimizin olimpiadada əldə etdiyi nailiyyətlərdir". Siasport.az saytının məlumatına görə, bu sözləri AGF-nin I vitse-prezidenti Namiq Əliyev deyib.
O, güləşçilərimizin olimpiadada qazandıqları uğurlardan danışıb. Qazanılan medalların (7 medal. 2-si qızıl, 2-si gümüş və 3-ü bürünc) ötən illər ərzində federasiyanın xeyli inkişafını göstərdiyini vurğulayan N.Əliyev uğurların davamlı olacağını diqqətə çatdırıb.
İlin son yarışı olan Azərbaycan çempionatından söz açan vitse-prezident ölkə birinciliyində bir nömrəli idmançılarımızın çıxış etməməsinə baxmayaraq, çox gərgin mübarizə getdiyini vurğulayıb. O, bu çempionatda gənc və istedadlı idmançıların üzə çıxdığını qeyd edib.
N.Əliyev yunan-Roma güləşçi üzrə yığma komandamıza yeni baş məşqçi və məşqçilər təyin olunduğunu deyib: "Olimpiada başa çatdıqdan sonra bəzi məşqçilərlə tanış olduq. Bizim seçimimiz İran məşqçiləri oldu. Onlar olimpiadada yunan - Roma növü üzrə çox uğurla çıxış etmişdilər. Federasiya qərara gəldi ki, İran məşqçilərini Azərbaycana dəvət edək. Bu mütəxəssislərlə 2 illik müqavilə imzalandı. Onlar 8 nəfərdən ibarətdirlər. Heyətdə həkimlər, fizioterapeftlər, videoanalizçilər də var".
Yeganə Süleymanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB