Arda Turanın komandası qələbəyə sevindi

Arda Turanın komandası qələbəyə sevindi

Futbol üzrə İspaniya La Liqasında 17-ci tura start verilib. Siasport.az saytı xəbər verir ki, öz meydanında "Selta Vigo"nu qəbul edən Madrid "Atletiko"su, rəqibini Adrianın qarşılaşmanın 77-ci dəqiqəsində vurduğu yeganə qol sayəsində 1:0 hesabı ilə məğlub edib. Bu qələbədən sonra xal ehtiyatını 40-a çatdıran "Atletiko", turnir cədvəlində 2-ci sıradakı yerini bir qədər də möhkəmləndirib.

Bütün xəbərlər Facebook səhifəmizdə