"Qalatasaray"-"Fənərbaxça" derbisində hakimə qarşı təhqiramiz hərəkətinə görə 12 oyunluq cəza alan "Fənərbaxça"nın portuqaliyalı ulduz futbolçusu Raul Mereleşə indi də Kriştiyanu Ronaldo tərəfindən dəstək gəldi. Siasport.az saytı Türkiyənin "Milliyet" qəzetinə istinadən xəbər verir ki, "Real"ın superulduzu həmyerlisinin bu cür cəza almasını haqsızlıq hesab etdiyini deyərək, futbol üzrə Portuqaliya millisində kapitanı olan R.Mereleşə qarşı bu cür hərəkətin futbol adına utanc olduğunu dilə gətirib. O R.Mereleşlə telefonla danışaraq, " Oynadığın ölkə Uğandamı ki, sənə hakimə tüpürmədiyin halda belə bir ağır cəza verilir?" deyə etirazını bildirib. K.Ronaldo, bundan başqa, özünün facebook səhifəsində də R.Mereleşi müdafiə edən yazı dərc edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB