"Kəpəz"in futbolçuları İranda ziyarətgahlara səfər edəcəklər

"Kəpəz"in futbolçuları İranda ziyarətgahlara səfər edəcəklər

Qış fasiləsinə çıxan "Kəpəz"in futbolçularından bəziləri İranda dini ziyarətgahlara səfər edəcəklər. Siasport.az saytının məlumatına görə, bu barədə komandanın qolkiperi Xəyal Zeynalov açıqlama verib. Onun sözlərinə görə, özü ilə yanaşı komanda yoldaşlarından Şahin Kərimov, Atin Abdullayev və Vüqar İbrahimov səfərə çıxacaqlar: "Bu gün gecə saatlarında avtobusla yola çıxırıq. Səfərimiz 9 gün davam edəcək. Qum və Məşhəd şəhərində olacağıq. Məşhəddə İmam Rza (ə) türbəsini ziyarət edəcəyik. Xalqımız, dövlətimiz, futbolumuz və komandamız üçün duallar edəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə