Azərbaycan və Gürcüstan MDB çempionatından imtina etdilər

Azərbaycan və Gürcüstan MDB çempionatından imtina etdilər

AFFA baş katibi Elxan Məmmədov: "FİFA tərəfindən tərtib olunan təqvimdə biz belə turnirdə oynamaq üçün boş günlər görmürük"

Azərbaycan və Gürcüstan rəsmi şəkildə MDB çempionatının keçirilməsindən imtina ediblər. "Vesti.ru"ya istinadən verilən məlumata görə, iki ölkənin klubları hazırda keçmiş postsovet ölkələrinin futbol federasiyalarında nəzərdən keçirilən çempionatda çıxış etməyəcəklər.

Gürcüstan Futbol Federasiyasının prezidenti Zviad Siçinava bildirib ki, onlar milli çempionatlarını gücləndirmək niyyətindədirlər. Onun sözlərinə görə, bu illər ərzində gürcü klublarının böyük uğurlarının olmaması, daxili çempionatdan imtina edilməsinə razılıq verməməlidir: "Biz Gürcüstan çempionatını təkmilləşdirəcəyik və klublarımız daha da maraqlı futbol göstərəcək".

Azərbaycan Futbol Federasiyası Assosiasiyası da bu məsələyə aydınlıq gətirib. Federasiyanın baş katibi Elxan Məmmədov deyib ki, bu çempionatın keçirilməsi ideyası Rusiya Futbol İttifaqından yox, ayrı-ayrı adamlar və klublar tərəfindən gəlib: "Bu səbəbdən də bu məsələyə hələ baxılmır. FİFA tərəfindən tərtib olunan təqvimdə biz belə turnirdə oynamaq üçün boş günlər görmürük".

Bütün xəbərlər Facebook səhifəmizdə