Arif Əsədov etiraf etdi AÇIQLAMA

Arif Əsədov etiraf etdi AÇIQLAMA

"2012-ci ilin əvvəlinin darıxdırıcı keçməsinə baxmayaraq, ilin sonuna doğru hər şey yoluna düşdü". Bu sözləri Siasport.az saytına açıqlamasında 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının baş məşqçisi Arif Əsədov deyib. O, artıq işlədiyini və bundan çox məmnun olduğunu etiraf edib: "İşlədiyini bilmək insana xoş hislər bəxş edir. Bildiyiniz kimi mən indi U-19-un baş məşqçisi olaraq çalışıram".

Baş məşqçi rəhbərlik etdiyi komandanın beynəlxalq yarışa hazırlaşdığını qeyd edib: "Seleksiya turniri keçirdik. İndi isə Valentin Qranatkinin xatirə turnirinə hazırlaşırıq".

A.Əsədov 2015-ci ildə Azərbaycanda keçiriləcək Avropa Olimpiya Oyunları ilə bağlı fikirlərini bildirib. "Bu, Azərbaycan idmançıları, eyni zamanda Azərbaycan xalqı üçün böyük uğurdur. 2012-ci ildə Azərbaycanda 17 yaşadək qadınlardan ibarət yığma komandalar arasında dünya çempionatı keçirildi və biz bu çempionada da sübut etdik ki, ölkəmiz belə möhtəşəm yarışlara ev sahibliyi etməyə hazırdır. Fikrimcə, bu yarışın da öhdəsindən uğurla gələcəyik".

Yeganə Süleymanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə