Əjdər Cəfərov: “Azərbaycan çempionatı çox gərgin mübarizə şəraitində keçir” AÇIQLAMA

Əjdər Cəfərov: “Azərbaycan çempionatı çox gərgin mübarizə şəraitində keçir” AÇIQLAMA

"Azərbaycan Güləş Federasiyasını (AGF) ilin ən yaxşı federasiyası nominasiyasına layiq gördükləri üçün Bakı şəhər Gənclər və İdman Baş İdarəsinə təşəkkürümü bildirirəm". Bu sözləri Siasport.az saytına açıqlamasında AGF-nin baş katibi Əjdər Cəfərov deyib. O, bu mükafatın 2012-ci ildə qazandıqları uğurların nəticəsi olduğunu qeyd edib.

Baş katib gələn il də federasiyanın böyük uğurlar qazanacağına ümid etdiyini bildirib: "Bildiyiniz kimi, Azərbaycan Güləş Federasiyası 2012-ci ildə böyük nailiyyətlər əldə edib. Ümid edirəm ki, gələn il də idmançılarımız beynəlxalq yarışlarda uğurlu çıxış edərək xalqımızı sevindirəcəklər.

Ə.Cəfərov hazırda davam etməkdə olan Azərbaycan çempionatı barədə də danışıb: "Hazırda ilin son yarışı olan Azərbaycan çempionatı davam edir. Yarış çox gərgin mübarizə şəraitində keçir. Gənc idmançılar uğurlu çıxış edirlər. Onlar yığma komandaya dəvət ediləcəklər. Ümid edirik ki, bu güləşçilərimiz beynəlxalq yarışlarda özlərini yaxşı tərəfdən göstərəcəklər".

Bütün xəbərlər Facebook səhifəmizdə