"Bayern" Münhen və Avropa Klublar Birliyinin (ECA) prezidenti Karl Haynts Rummenige "Bakı" futbol klubunu yeni il münasibəti ilə təbrik edib. Siasport.az saytının məlumatına görə, klubun elektron ünvanına daxil olan məktubda deyilir:
"Klubunuzun futbolun inkişafına yönələn addımlarını diqqətlə izləyir və dəstəkləyirəm. Başa çatmaqda olan ilin dinamik, maraqlı və inteqrasiya baxımından uğurlu olduğunu qeyd etməklə bərabər, bu istiqamətdə fəaliyyətinizə görə təşəkkür edirəm.
Sizə yeni ildə inkişaf və uğurlar diləyirəm. Yeni 2013-cü ilin klubunuz üçün hərtərəfli yüksəliş ili olmasını arzulayıram."
Hörmətlə,
Karl Haynts Rummenige
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB