Topaz Premyer Liqasının 18-ci turunda "Sumqayıt" doğma meydanda Gəncənin "Kəpəz" klubu ilə qarşılaşıb. Siasport.az saytının məlumatına görə, hesabda geri düşməsinə baxmayaraq, oyunda dönüş yarada bilən ev sahibi komanda yekunda qalib gəlib - 2:1. Matç bitdikdən sonra mətbuat konfransında baş məşqçilərin dediklərini diqqətinizə çatdırırıq
Mahmud Qurbanov, "Kəpəz" klubunun baş məşqçisi: "Bizim üçün acınacaqlı məğlubiyyət oldu. Qol imkanlarımız rəqibinkindən daha çox idi, hesabı da biz açmışdıq. Qırmızı vərəqə oyunumuza təsir etdi. Bu qədər təsirli məğlubiyyətimiz olmamışdı".
Bernhard Raab, "Sumqayıt" klubunun baş məşqçisi: "Komandadan çox razıyam, son iki oyunda vacib qələbələr qazandıq. Bugünkü matçda bəxtimiz də gətirdi. İlk hissədə yaxşı təsir bağışlamadıq. Fasilədə komanda ilə ciddi danışdım və "Kəpəz"in bizdən daha üstün oynadığını dedim. İkinci hissədə komandanın oyununda müsbətə doğru dəyişiklik oldu. Futbolçuların sonadək mübarizə aparıb iki qol vurması xoşuma gəldi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB