Karles Bakes: "Komanda adına layiq oyun göstərmədi"

Karles Bakes: "Komanda adına layiq oyun göstərmədi"

Topaz Premyer Liqasının 18-ci turunda "Qarabağ" "Xəzər Lənkəran"ı qəbul edib. Siasport.az saytının məlumatına görə, oyuna əvəzetmədən daxil olan Vüqar Nadirovun vurduğu yeganə qol Ağdam təmsilçisini turnir cədvəlində ikinci pilləyə yüksəldib - 1:0. Qarşılaşmadan sonra baş məşqçilərin səsləndirdikləri fkirləri nəzərinizə çatdırırıq:

Karles Bakes, "Xəzər Lənkəran" klubunun baş məşqçisi: "Oyunun nəticəsinin ədalətli olduğunu düşünürəm. "Qarabağ" yaxşı oyun göstərdi. Bu gün hücumçusuz oynamaq məcburiyyətində qaldıq. "Xəzər Lənkəran" kimi komandanın futbolçuları meydanda vuruşmalıdır, təəssüf ki, bu gün komanda adına layiq oyun göstərmədi. İki dəfə rəqibin qapısına qol vura bilərdik, amma öz qapımızda qol gördük. Azarkeşlərimizdən üzr istəyirəm".

Qurban Qurbanov, "Qarabağ" klubunun baş məşqçisi: "Hər iki komanda qələbə əzmi ilə oynayırdı. "Xəzər Lənkəran" heyətdəki itkilərə baxmayaraq sona kimi mübarizə apardı. Oyunun sonuna kimi temp aşağı düşmədi. Çox vacib 3 xal qazandıq, qış fasiləsindən öncə bu qələbə bizim üçün xoş oldu. Nəticə vermək üçün yaxşı istirahət edib, ikinci dövrəyə yaxşı hazırlaşmalıyıq".

Bütün xəbərlər Facebook səhifəmizdə