Topaz Premyer Liqasının 18-ci turunda "Simurq" doğma meydanda "Rəvan"la qarşılaşıb. Siasport.az saytının məlumatına görə, oyunun son dəqiqələrində Zdravko Popoviçin vurduğu qol ilə qalib gələn Zaqatala təmsilçisi turnir cədvəlində ilk pilləyə yüksəlib - 1:0. Baş məşqçilərin matç barədə fikirlərini nəzərinizə çatdırırıq:
Kemal Alispahiç, "Rəvan" klubunun baş məşqçisi: "Maraqlı və çətin oyun oldu. "Simurq" gözəl oyun nümayiş etdirdi. Yaxşı hücumlar təşkil etsək də fərqlənə bilmədik. Təəssüf ki, bu oyunda məğlub olduq".
Georgi Çixradze, "Simurq" klubunun baş məşqçisi: "Gözəl oyun keçdi, "Rəvan"ın yaxşı hücumları oldu. Rəqibin oyunlarını analiz etmişdik. Hücuma meylli komandadır. Oyunun ikinci hissəsində əvəzetmələrə əl atdıq, qələbə qolunu vura bildik. Bugünkü qarşılaşmada bir neçə futbolçumuz oynamırdı. Azarkeşlərimzə bizə bütün oyunlarda dəstək olduqları üçün təşəkkürümü bildirirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB