"Meydanın vəziyyəti baxımlı futbol oynamaq üçün əlverişsiz idi"

"Meydanın vəziyyəti baxımlı futbol oynamaq üçün əlverişsiz idi"

Topaz Premyer Liqasının 18-ci turunda Tovuza səfər edən "Qəbələ" yerli "Turan" komandası ilə oyunda 2:0 hesablı qələbə qazanıb. Oyunan sonra baş məşqçilər fikirlərini bildiriblər:

Ramiz Məmmədov, "Qəbələ" klubunun baş məşqçisi: "Oyun çətin keçdi, komandamı qələbə münasibəti ilə təbrik edirəm. Meydanın vəziyyəti baxımlı futbol oynamaq üçün əlverişsiz idi. Futbolçular verilən tapşırıqları yerinə yetirdilər, əzmkarlıq göstərib qalib gəldilər".

Əfqan Talıbov, "Turan" klubunun baş məşqçisi: "Bir-birindən fərqlənən iki hissə izlədik. İlk hissədə üstünlük bizim tərəfdə idi. Həm texniki, həm taktiki cəhətdən çətin oyun oldu. Əsas heyətin üç üzvünün bu gün oynamaması oyunumuza təsir etdi, ikinci hissədə vəziyyətimiz daha da çətinləşdi. Qışda komandanın heyətinin 70-80%-ni saxlamağa çalışacağam".

Bütün xəbərlər Facebook səhifəmizdə