İstanbulun "Beşiktaş" futbol klubundan ayrıldıqdan sonra işsiz qalan Bert Şusterə, deyəsən vətənində yeni iş yeri tapılıb. Siasport.az saytı xəbər verir ki, bu barədə Almaniyanın məşhur "Bild" nəşri məlumat yayıb. "Bild"in iddiasına görə B.Şuster, "Volfsburq"un sükanı arxasına keçməyə hazılaşır. Belə ki, ardıcıl uğursuzluqlardan sonra baş məşqçi Felix Mağat ilə yollarını ayrıran və uzun müddətdir ki, baş məşqçi postu boş qalan bu komandada, B.Şuster baş məşqçi postuna əsas namizəd kimi göstərilir. "Bild"in yazdığına görə B.Şuster qış transfer dövründə komandanın sükanı arxasına keçə bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB