Huntelar "Qalatasaray" və Burak Yılmaz haqqında danışdı

Huntelar "Qalatasaray" və Burak Yılmaz haqqında danışdı

Almaniyanın "Şalke" futbol klubunun hollandiyalı forvardı Huntelar, UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində qarşılaşacaqları İstanbulun "Qalatasaray" futbol klubu haqqında danışıb. Siasport.az saytı xəbər verir ki, hollandiyalı forvard, xüsusi ilə "Qalatasaray"ın hücumçusu Burak Yılmaz haqqında danışıb. B.Yılmazın hazırda Türkiyə Superliqasında və UEFA Çempionlar Liqasında ən sərrast hücumçulardan olduğunu diqqətə çatdıran Huntelar, hər iki komandanın mərhələ leçmək şanslarının bərabər olduğunu açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə