"Yaxşıların yaxşısı" adlı bədii-əyləncəli tədbir keçirilib

"Yaxşıların yaxşısı" adlı bədii-əyləncəli tədbir keçirilib

Bu gün Baki şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən 2012-ci ilin yekunlarına həsr olunmuş "Yaxşıların yaxşısı" adlı bədii-əyləncəli tədbir keçirilib. Siasport.az-ın verdiyi məlumata görə, tədbirdə Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova, gənclər və idman nazirinin müavinləri İsmayil İsmayilov və İntiqam Babayev, Milli Olimpiya Komitəsinin (MOK) I vitse-prezidenti Çingiz Hüseynzadə, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov və digərləri iştirak edib.

Tədbirdə il ərzində gənclər və idman sahələri üzrə istedadlı və yaradıcı gənclər, tələbə gənclər, qeyri-hökümət təşkilatları, KİV nümayəndələri, yüksək nailiyyət əldə etmiş idmançılar mükafatlandırılıblar. Mərasimə bədii hissə ilə yekun vurulub.

Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə