"Qəbələ" səfərdə "Turanı" məğlub etdi

"Qəbələ" səfərdə "Turanı" məğlub etdi

Topaz Premyer Liqasının XVIII turunun ilk oyununda "Turan" "Qəbələ"ni qəbul edib. Siasport.az saytının məlumatına görə, Tovuz klubu öz meydanında Qəbələnin eyni adlı komandasına məğlub olub. Belə ki, matçda hesabı 79-cu dəqiqədə penaltidən Bruno da Silva açıb. Bundan 10 dəqiqə sonra Luis Paulo Hilario ikici qolu Tovuz klubunun qapısından keçirməklə qarşılaşmada son nöqtəni qoyub - 0:2.

Qeyd edək ki, oyunun baş hakimi Fariz Yusifov olub.

Bütün xəbərlər Facebook səhifəmizdə